Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Birgə bəyanat ilkin olaraq Böyük Britaniya, Fransa, Almaniya və İtaliya tərəfindən yayımlanıb.
Daha sonra Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da sənədə qoşulub.
Sənəddə vurğulanır ki, sanksiyaların mümkün ləğvi İranın nüvə proqramı ilə bağlı “aydın və yoxlanılması mümkün tədbirləri” yerinə yetirməsindən asılı olacaq.
Bəyanatda qeyd olunur ki, Tehran üzərinə götürdüyü öhdəlikləri real və yoxlanıla bilən şəkildə icra etdiyi halda, iştirakçı ölkələr sanksiyaların yumşaldılması və ya tamamilə ləğvi məsələsini nəzərdən keçirməyə hazırdırlar.
Xatırladaq ki, daha əvvəl Avropa ölkələri də İrana qarşı məhdudiyyətlərin yalnız Tehranın nüvə proqramı siyasətində real dəyişikliklər baş verdiyi təqdirdə aradan qaldırıla biləcəyini bildirmişdilər.
Sevinc Əliyeva
Ordu.az