Vens: “Razılaşmalar pozularsa, ABŞ İrana qarşı zərbələri bərpa edə bilər”

2026/06/1781536593.jpg
Oxunub: 268     10:27     16 İyun 2026    
ABŞ administrasiyası Tehranın əldə olunmuş razılaşmaların şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri və dəniz blokadasını yenidən bərpa edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 15-də açıqlama verib.

“Fox News” telekanalının efirində ona ABŞ tərəfindən belə addımların mümkün olub-olmaması ilə bağlı verilən suala cavab olaraq Vens “Bu, mümkündür” deyə bildirib.

“Bu, blokadanın geri qaytarılması demək ola bilər. Bu, bir çox başqa addımlar da ola bilər”, - deyə vitse-prezident qeyd edib.

O vurğulayıb ki, belə bir vəziyyətdə qərar ABŞ tərəfindən veriləcək.

“Bütün üstünlüklər bizim tərəfdədir. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, - deyə Vens bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin