“Bloomberg”: Avropa HHM sistemlərinin çatışmazlığı səbəbindən “Patriot”a alternativ axtarır

2026/02/1771948939.jpg
Oxunub: 235     10:32     16 İyun 2026    
Avropada ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksinə alternativ kimi SAMP/T NG raketdən müdafiə sisteminin alınması imkanları müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

“Getdikcə daha çox ölkə ABŞ-dən əldə edilməsi çətin olan “Patriot” sistemlərinə alternativ kimi Avropanın SAMP/T NG raketdən müdafiə sistemini qiymətləndirir”, - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, səhmdarları “MBDA Missile Systems Services SAS” və “Thales SA” olan “Eurosam” şirkəti SAMP/T NG sistemlərinin Küveyt və Macarıstana tədarükü ilə bağlı danışıqlar aparır.

Bununla yanaşı, İsveçrə və Estoniya da daxil olmaqla təxminən 15 ölkə Avropa istehsalı olan bu sistemə maraq göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Patriot   HHM  


Bizi "telegram"da izləyin