Tramp ABŞ-nin İrana planlaşdırılan ödənişləri ilə bağlı xəbərləri yalan adlandırıb

2026/01/1769008045.jpg
Oxunub: 210     06:20     16 İyun 2026    
Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin İrana planlaşdırdığı ödənişlər barədə məlumatları yalan adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb. ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı açıqlama faktların qəsdən təhrif edilməsidir", - deyə o əlavə edib.

Tramp Demokratları bu məlumatı yaymaqda günahlandırıb.

Tramp 300 milyon dollarlıq ödəniş barədə yazıb, lakin bəzi media orqanları əvvəllər İranın ölkənin yenidən qurulması üçün 300 milyard dollarlıq fonda çıxış əldə edə biləcəyini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin