İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb

2026/06/1780395688.jpg
Oxunub: 238     04:43     16 İyun 2026    
Son sutka ərzində İsrailin Livana endirdiyi hava hücumları nəticəsində ikisi qadın olmaqla azı 15 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, daha 82 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

Qeyd edilib ki, ABŞ və İran arasında bütün regional cəbhələrdə hərbi eskalasiyaya son qoymaq barədə əldə edilən razılaşmadan sonra bazar ertəsi günü İsrail hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə azalıb.

Livan ordusu komandanlığı da öz növbəsində əhaliyə dağıntılar və yollar minalardan təmizlənənə qədər cənuba qayıtmaqdan çəkinmələri barədə xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin