İran ordusu razılaşma pozulacağı təqdirdə yüksək döyüş hazırlığını qoruyacağını vəd edib

2026/06/1781587031.jpg
Oxunub: 209     09:17     16 İyun 2026    
İran ABŞ ilə əldə olunmuş razılaşmanın icrası fonunda silahlı qüvvələrin döyüş qabiliyyətini əvvəlkindən daha yüksək səviyyədə saxlamaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu İran ordusunun rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmaların qüvvədə olduğu müddətdə Tehran öz müdafiə imkanlarını daha da gücləndirəcək.

“Əgər qarşı tərəf razılaşmanı və ya qarşılıqlı anlaşma memorandumunu pozarsa, biz regiondakı hərbi vəziyyəti sürətlə və qətiyyətlə razılaşmadan əvvəlki vəziyyətə qaytaracağıq”, - deyə nümayəndənin açıqlamasından “Fars” agentliyi sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ordu  


Bizi "telegram"da izləyin