“Hraparak”: Ermənistan Müdafiə Nazirliyi təlim toplanışlarının iştirakçılarına ödəniş etmir

2026/06/1781586713.jpg
Oxunub: 202     09:08     16 İyun 2026    
“Məcburi qaydada vətəndaşları təlim toplanışlarına cəlb edən müdafiə qurumu, bəzi hallarda bu prosesi müxalifətçilərə qarşı təzyiq vasitəsinə çevirsə də, eyni məsuliyyətlə toplanış iştirakçılarına ödəniş etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, redaksiyaya çoxsaylı müraciətlər daxil olur. Müraciətlərdə bildirilir ki, may ayında keçirilmiş toplanışların iştirakçılarının əksəriyyətinə indiyədək vəsait köçürülməyib və onlara ödənişlərin gecikmə ilə həyata keçiriləcəyi bildirilib.

“Ödənişlər həyata keçirilənədək hərbi biletlər hərbi hissələrdə saxlanılır. Bu isə vətəndaşların narahatlığını daha da artırır”, - deyə müəllif bildirib.

Qəzet məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən açıqlama almağa çalışsa da, telefon zənglərinə cavab verilmədiyini yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin