ABŞ Yaxın Şərqdəki qoşun sayını azalda bilər

2026/05/1779220687.jpg
Oxunub: 211     03:46     16 İyun 2026    
ABŞ və İran arasında silahlı münaqişəyə son qoymaq üçün yekun razılaşmalar, digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki Amerika qoşunlarının sayının azaldılmasını da əhatə edə bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi tərəflər arasında anlaşma memorandumunun imzalanması ilə bağlı şərh verərkən bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında davam edəcək 60 günlük danışıqlar dövründə ABŞ gərginlik fonunda bölgəyə yerləşdirilən əlavə qüvvə və resursları geri çəkməyəcək. Administrasiya rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton Tehranın öz öhdəliklərini yerinə yetirməsini gözləyir.

Onun sözlərinə görə, bu cür tədbirlərin həyata keçirilməsi yalnız İranın nüvə proqramının bir hissəsindən imtina etməsi də daxil olmaqla güzəştlər etməsi halında mümkündür.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ, İran və Pakistan Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq məqsədi ilə əldə edilən razılaşmanı təsdiqləyiblər. Yekun sənədin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq   Qoşun  


Bizi "telegram"da izləyin