Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
“Müqaviləyə əsasən, Böyük Britaniya qarşıdakı iki il ərzində Ukrayna atom elektrik stansiyalarının fasiləsiz fəaliyyətini təmin edəcək. Bu məqsədlə Böyük Britaniyanın dövlət ixrac-kredit agentliyi olan “UK Export Finance” 210 milyon funt sterlinq məbləğində dəstək göstərəcək. Bu, Britaniyanın “Urenco” şirkətinə zənginləşdirilmiş uranı Ukraynanın atom elektrik stansiyalarının operatoru olan “Enerqoatom” şirkətinə tədarük etməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
Baş nazirin ofisi qeyd edib ki, bu razılaşma iyunun əvvəlində Londonda Kir Starmerlə Volodimir Zelenski arasında keçirilən görüş zamanı əldə olunub.
Məlumatda həmçinin vurğulanır ki, söhbət iki il əvvəl bağlanmış müqavilənin davamından gedir.
Belə ki, 2023-cü ildə “Urenco” və “Enerqoatom” arasında imzalanmış müqaviləyə əsasən, Britaniya tərəfi 2035-ci ilə qədər Ukraynaya zənginləşdirilmiş uran tədarük etməyi öhdəsinə götürüb.
Sevinc Əliyeva
Ordu.az