ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq

2026/05/1779598190.jpg
Oxunub: 178     12:12     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək üçün iyulun ortalarında Ağ Evdə İraqın Baş naziri Əli əz-Zaidi ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə əz-Zaidinin ABŞ Prezidentinin İraq üzrə xüsusi elçisi Tom Barrakla görüşünün yekunları üzrə birgə bəyanatda deyilir.

"Prezident Tramp bu mühüm münasibətlərin gələcəyini müzakirə etmək üçün iyulun ortalarında Ağ Evdə Baş nazir əz-Zaidi ilə görüşü səbirsizliklə gözləyir", - məlumatda qeyd olunub.

Tərəflər İraqın suveren, təhlükəsiz və firavan gələcəyinin təmin edilməsinə yönəlmiş möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqliklərini təsdiq ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin