Ordu.az xəbər verir ki, bu barədə “Edvards” aviabazasındakı 412-ci Sınaq Aviasiya Qanadının komandir müavini polkovnik Ceyms Heys mətbuat konfransında məlumat verib.
“Bu, hərbçilərdən, mülki dövlət qulluqçularından və dövlət podratçılarından ibarət qarışıq ekipaj idi. Ailələrinə məlumat verilənə qədər onların kimliyini açıqlamayacağam”, - deyə Heys bildirib.
O əlavə edib ki, hazırda “Edvards” aviabazasının komandanlığında qəzanın mümkün səbəbləri barədə heç bir məlumat yoxdur və hadisənin səbəblərinin müəyyənləşdirilməsi təxminən altı ay çəkə bilər.
“Boeing” şirkəti isə açıqlamasında təyyarənin göyərtəsində şirkətin iki əməkdaşının olduğunu təsdiqləyib.
“Dərin hüzn hissi ilə təsdiq edirik ki, göyərtədə olanlar arasında “Boeing” şirkətinin iki əməkdaşı da olub. Biz onların ailələri ilə əlaqə saxlayır və lazımi dəstəyi göstəririk”, - deyə şirkətin bəyanatında qeyd olunub.
Aviabaza tərəfindən daha əvvəl yayımlanmış məlumata görə, hava gəmisinin göyərtəsində səkkiz nəfər olub. Bombardmançı sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Sevinc Əliyeva
Ordu.az