Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Erməni vəkil Vaçe Simonyan bildirib ki, Baş Prokurorluq onun vəsatətini təmin edib və Putin hakimiyyətinin tənqidçisi olan alimə Ermənistanı maneəsiz tərk etməyə icazə verib.
Simonyanın sözlərinə görə, adətən başqa dövlət tərəfindən axtarışa verilən şəxs barəsində “axtarışda” qeydi qüvvədə olduğu müddətdə Ermənistanı tərk edə bilmir. Lakin bəzi fərdi hallarda prokurorluq vəkilin vəsatətini təmin etdikdə bu mümkün olur.
Harvard Universitetində doktorluq dərəcəsi almış və müxtəlif beynəlxalq universitetlərdə dərs demiş 56 yaşlı Verbitski 2025-ci ildən Rusiya tərəfindən axtarılır.
Rusiya onu terror fəaliyyətinə açıq çağırışlar etməkdə, terrorizmi açıq şəkildə əsaslandırmaqda və ya təbliğ etməkdə ittiham edir. Alim Putin rejimini və Ukraynaya qarşı artıq dördüncü ildir davam edən müharibəni fəal şəkildə tənqid edir.
Dünən saxlanılan şəxslərin saxlanma yerindən azad edildikdən sonra Verbitski ona qarşı irəli sürülən ittihamlarla bağlı şübhələrini bölüşüb.
“Guya mən “Crocus City Hall”da baş vermiş terror aktının araşdırılmasının nəticələrini şübhə altına almışam. Bu doğrudur, çünki həmin terror aktında təqsirləndirilən şəxslərin qulaqlarını kəsiblər, gözlərini zədələyiblər, onları döyüblər. Bu dəhşətlidir. Mən araşdırmanın nəticələrini deyil, insanların qulaqlarının və gözlərinin zədələnməsi, döyülməsi və bütün bunların televiziya ilə nümayiş etdirilməsini tənqid etmişəm. Sonra da deyirlər ki, bu yaxşıdır, əladır”, - deyə alim bildirib.
Qeyd edək ki, Verbitski on il əvvəl Rusiyanı tərk edib və hazırda Rio-de-Janeyroda yaşayır.
Alpər Mövludoğlu
Ordu.az