Ordu.az xəbər verir ki, bu barədə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən (MSQDN) "Fars" agentliyinə bildirilib.
"Biz İran xalqının maraqlarını təmin edəcək istənilən anlaşma və razılaşmaları dəstəkləyəcəyik", - MSQDN-dən bildirilib.
Qeyd olunub ki, ABŞ ilkin razılaşma və ya memorandumun şərtlərini pozarsa, İran regiondakı hərbi vəziyyəti sürətlə və qətiyyətlə razılaşmadan əvvəlki vəziyyətə qaytaracaq:
"Biz silahlı qüvvələrin hazırlıq səviyyəsini əvvəlkindən daha yüksək səviyyədə saxlayacağıq ki, düşmən razılaşmanın şərtlərini yerinə yetirməyə və öz öhdəliklərinə əməl etməyə məcbur olsun".
Ordu.az