Əraqçi Livanla bağlı razılaşma bəndi barədə Livan parlamentinin sədrini məlumatlandırıb

2026/06/1780661070.jpg
Oxunub: 198     23:34     15 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Livan parlamentinin sədri Nəbih Bərriyə qarşılıqlı anlaşma memorandumunun Livanda hərbi əməliyyatların dayandırılmasına aid bəndi barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Əraqçi bildirib ki, həmin bənd “ilk gündən etibarən və bütün 60 günlük danışıqlar müddəti ərzində sözbəsöz və dərhal icra edilməlidir”.

İranlı nazir vurğulayıb ki, bu müddəanın yerinə yetirilməsinin təmin edilməsi ABŞ-nin və qarşılıqlı anlaşma memorandumunun digər təminatçılarının öhdəliyidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran   Livan  


Bizi "telegram"da izləyin