Əraqçi Cenevrə görüşü barədə: Memorandumun imzalanmasından sonra ilk raund danışıqları keçiriləcək

2026/05/1779257316.jpg
Oxunub: 193     20:11     15 İyun 2026    
ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli ilə bağlı memorandum imzalamazdan əvvəl cümə günü Cenevrədə görüşə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi məlumat verib.

"Cümə günü İsveçrədə hər iki tərəfin nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilməsi və İranla ABŞ arasında anlaşma memorandumu imzalanması gözlənilir. Bundan sonra ilk raund danışıqları keçiriləcək", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, memorandumun imzalanması İranın iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər, lakin Əraqçinin qeyd etdiyi kimi, Tehran "bu cür iqtisadi müqavilələrdən tamamilə asılı olmamalı və onlara güvənməməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Cenevrə   İran  


Bizi "telegram"da izləyin