Ordu.az xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb.
Məlumata görə, məhdud rejimdə Körfəz ölkələrinin aviaşirkətlərinə, eləcə də bir sıra ərəb və beynəlxalq daşıyıcılara xidmət göstəriləcək.
Hakimiyyət orqanları bildiriblər ki, qərar aviaşirkətlərin sabit fəaliyyətini təmin etmək və müntəzəm hava əlaqəsini qorumaq məqsədilə qəbul edilib. Uçuş cədvəli daşıyıcı şirkətlərlə koordinasiya olunacaq.
Qeyd edək ki, daha əvvəl Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən bir çox beynəlxalq aviaşirkət regiona uçuşları dayandırmış və ya marşrutlarını dəyişmişdi.
Sevinc Əliyeva
Ordu.az