Tramp İranla razılaşma barədə nə danışıb?

2026/06/1781106365.jpg
Oxunub: 216     22:18     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla birgə çıxışı zamanı İranla əldə olunan razılaşmanın tam şəkildə imzalandığını bəyan edib.

Ordu.az xəbər verir ki, Tramp sənədin artıq imzalandığı barədə yayılan məlumatları təsdiqləyib.

Onun sözlərinə görə, Hörmüz boğazı cümə gününədək tamamilə açıq olacaq.

ABŞ Prezidenti bildirib ki, İran nüvə silahına malik olmamağa razılıq verib və bu öhdəliyin yerinə yetirilməsi ciddi nəzarət altında təmin ediləcək.

Tramp vurğulayıb ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər sanksiyaların yumşaldılması baş verməyəcək.

“Bu, əslində davranış məsələsidir. Əgər onlar etməli olduqlarını etsələr, proses işləməyə başlayacaq”, - deyə Tramp qeyd edib.

ABŞ lideri bir daha bəyan edib ki, İran nüvə silahına sahib olmayacaq və Tehran bununla razılaşıb.

O həmçinin bildirib ki, Vaşinqtonun İrana qarşı yenidən hərbi gücdən istifadə etməsinə böyük ehtimalla ehtiyac qalmayacaq.

“Ümid edirəm ki, münasibətlər yaxşı olacaq və bir-birimizi başa düşəcəyik. Əks halda başladığımız nöqtəyə qayıdarıq. Amma düşünmürəm ki, buna ehtiyac yaranacaq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, razılaşmanın mətni yaxın vaxtlarda dərc olunacaq, lakin sənədin detalları barədə məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin