Tramp: “İran Hörmüz boğazından keçid üçün ödəniş tələb etməyəcək”

2026/05/1778482583.jpg
Oxunub: 189     23:04     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş almayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu, heç bir ödəniş olmadan həyata keçiriləcək. Bu məsələ ilə bağlı aramızda kiçik bir mübahisə oldu. Keçid ödənişsiz olacaq”, - deyə Tramp qeyd edib.

ABŞ liderinin sözlərinə görə, Hörmüz boğazı açıq qalacaq və burada sərbəst gəmiçilik təmin olunacaq.

“Mən hesab edirəm ki, boğaz açıq olacaq. Düşünürəm ki, orada sərbəst gəmiçilik təmin ediləcək”, - deyə o bildirib.

Tramp eyni zamanda Avropadakı müttəfiqlərin bölgədə gəmiçilik təhlükəsizliyinin təmin olunmasında iştirakını mümkün sayıb.

“Düşünmürəm ki, bizə böyük kömək lazım olacaq. Amma bir neçə ölkədən bir və ya iki gəminin orada olması pis fikir deyil”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin