Ermənistan və Niderland xarici işlər nazirləri ikitərəfli ticarətin artırılmasının vacibliyini vurğulayıblar

2026/06/1781544526.jpg
Oxunub: 225     21:34     15 İyun 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Niderland Krallığının yeni təyin olunmuş xarici işlər naziri Tom Berendsenlə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə işgüzar əlaqələrin təşviqi və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

“Ararat Mirzoyan regional əlaqələrin inkişafına yönəlmiş addımlar, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) proqramı və regionda əməkdaşlığın genişləndirilməsi istiqamətində müşahidə olunan dinamika barədə məlumat verib.

Mirzoyan həmçinin Ermənistan və Azərbaycan arasında sülhün mövcud olduğunu və davam edən fəaliyyətin bu sülhün daha da möhkəmləndirilməsinə yönəldiyini bildirib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Niderland  


Bizi "telegram"da izləyin