Ordu.az xəbər verir ki, Fransanın paytaxtı Paris yaxınlığındakı Vilpint şəhərində keçirilən və 2026-cı il iyunun 19-na qədər davam edəcək sərgidə bu il 65 ölkədən 2 mindən çox şirkət iştirak edir.
Türkiyə sərgidə ASELSAN, ROKETSAN, MKE və HAVELSAN daxil olmaqla 50-dən çox şirkətlə təmsil olunur.
“Eurosatory” sərgisinin bu ilki əsas sponsorlarından biri olan ASELSAN radioelektron mübarizə sistemləri, pilotsuz uçuş aparatı əleyhinə həlləri və “kamikadze” məhsulları ilə diqqət çəkir.
MKE isə “Bora 12” snayper tüfəngi və Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) təhdidlərinə qarşı hazırladığı yerli müdafiə məhsullarını nümayiş etdirir.
ROKETSAN tərəfindən hazırlanmış raket sistemləri də sərgi iştirakçılarının böyük marağına səbəb olur.
Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən digər şirkətləri də hazırladıqları həllər və məhsullarla sərginin ilk günündən etibarən çoxsaylı ziyarətçiləri qəbul ediblər.
Sevinc Əliyeva
Ordu.az