Ukrayna hökuməti əsir götürülən Rusiya hərbçilərinə görə mükafat müəyyən edib

2026/06/Ekran-1781552779.jpg
Oxunub: 200     23:40     15 İyun 2026    
Ukrayna Nazirlər Kabineti Rusiya hərbçilərinin əsir götürülməsi və məhv edilməsi ilə bağlı yeni mükafat ödənişlərini təsdiqləyib.

Ordu.az xəbər verir ki, hökumət bu qərarın Ukrayna hərbçiləri üçün əlavə motivasiya amili kimi nəzərdə tutulduğunu bildirib.

Qərara əsasən, düşmən hərbçisinin əsir götürülməsinə görə 100 min qrivna məbləğində mükafat veriləcək.

Bu vəsait əsirin götürülməsində birbaşa iştirak edən hərbçilər arasında proporsional şəkildə bölüşdürüləcək.

Hakimiyyət hesab edir ki, bu təşəbbüs gələcəkdə ukraynalı hərbçilərlə dəyişdirilə biləcək əsirlərin sayının artırılmasına kömək edəcək.

Bundan əlavə, döyüş və ya əlbəyaxa qarşıdurma zamanı Rusiya hərbçisinin məhv edilməsinə görə 15 min qrivna məbləğində mükafat ödəniləcək.

Mükafatın verilməsi üçün əsas şərt hadisənin müvafiq şəkildə təsdiqlənməsi, xüsusilə video görüntülərin təqdim olunmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin