Ordu.az xəbər verir ki, Tramp bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Moskva və Kiyev Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə açıq ola bilər.
“Görürəm ki, bəlkə də hansısa nəticə əldə edə bilərik. Məncə, onların hər ikisi buna açıqdır”, - deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, danışıqlar müsbət atmosferdə keçib və gələcək diplomatik nizamlanma üçün imkan yaradır.
Sevinc Əliyeva
Ordu.az