Ordu.az xəbər verir ki, bu barədə Netanyahu keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, İsrail və ABŞ-nin birgə fəaliyyəti ölkənin “nüvə məhvi” təhlükəsinin qarşısını almağa imkan verib. Bununla belə, o vurğulayıb ki, qarşıdurma hələ başa çatmayıb.
“Bizim mübarizəmiz hələ bitməyib”, - deyə Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, İsrailin əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq olaraq qalır.
“Biz məqsədimizi müəyyən etmişik - İsrail üçün mövcud olan nüvə təhlükəsini aradan qaldırmaq. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik”, - deyə o vurğulayıb.
Netanyahu Livandakı vəziyyətə də toxunaraq bildirib ki, İsrail qüvvələri onun sözlərinə görə “Hizbullah” təhlükəsinin qaynaqlandığı bölgələri nəzarətə götürüb.
“Biz Əsəd rejiminin təhlükəsinə xidmət edən silahları məhv etmişik və lazım olduğu müddətdə təhlükəsizlik zonalarında qalacağıq”, - deyə İsrail hökumətinin başçısı əlavə edib.
Sevinc Əliyeva
Ordu.az