Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov bildirib ki, Moskvanın mövqeyi yaxşı məlumdur və dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu mövqe iki il əvvəl dövlət başçısı tərəfindən Xarici İşlər Nazirliyində çıxışı zamanı ifadə olunub və həm Kiyev rəhbərliyinə, həm də ABŞ-li danışıqlar iştirakçılarına yaxşı məlumdur.
O, Moskvanın Kiyevə öz təkliflərini təqdim edib-etməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Rusiyanın mövqeyi ardıcıl olaraq dəyişməz qalır.
Peskov əlavə edib ki, cəbhədə müşahidə olunan dinamika Rusiyada “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə nail olunacağına dair qəti inam yaradır.
Sevinc Əliyeva
Ordu.az