Aktotı Raimkulova: "Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir"

2026/06/Ekran-1782732943.jpg
Oxunub: 157     15:27     29 İyun 2026    
Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dövlətlərini ortaq tarix ətrafında birləşdirir.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı "Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında" Sərəncam qurultayın tarixi əhəmiyyətinə və onun irsinin yaşadılmasına verilən yüksək dövlət dəstəyinin göstəricisidir:

"Bu diqqət və yüksək siyasi dəstək onu göstərir ki, Birinci Türkoloji Qurultay bu gün də Türk dövlətləri və xalqlarını ortaq tarix, dil və mədəniyyət ətrafında birləşdirən mühüm irsdir".

A.Raimkulova bildirib ki, "Türk dünyası bir ailə kimi" ifadəsi bu gün sadəcə metafora deyil, reallıqdır:

"Biz 100 il sonra yenidən Bakıda toplaşmışıq. Bir əsr əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, rəsmiləri, tədqiqatçıları, ziyalıları və digərləriortaq gələcəyimizi müzakirə etmək üçün bir araya gəliblər. Bu, yüz il əvvəl Bakıda yaranmış birlik və əməkdaşlıq ruhunun bu gün də yaşadığını göstərir".

Fond prezidenti vurğulayıb ki, Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi əlaqələrə deyil, həm də ortaq mədəni dəyərlərə əsaslanır:

"Buna görə də humanitar əməkdaşlıq türk inteqrasiyasında mühüm yer tutur. Türk Mədəniyyəti və İrsi Fondu da bu prosesə öz töhfəsini verir. Fondun əsas məqsədi türk xalqlarının zəngin mədəni irsini qorumaq, öyrənmək, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, ortaq keçmişimizi daha yaxşı tanıdıqca, ortaq gələcəyimizi daha möhkəm qura bilərik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aktotı-Raimkulova   Birinci-Türkoloji-Qurultay  


Bizi "telegram"da izləyin