Almaniyada yeni çağırış qaydalarının tətbiqindən sonra cəmi 530 nəfər orduya cəlb olunub

2026/06/1782392276.jpg
Oxunub: 242     16:51     25 İyun 2026    
Almaniyada hərbi qeydiyyatın yeni sistemi tətbiq olunandan bəri təxminən 530 nəfər Silahlı Qüvvələrin sıralarına qoşulub.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 25-də “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, iyunun ortalarınadək gənc kişi və qadınlara ümumilikdə 298 min 200 doldurulmalı sorğu göndərilib.

Təxminən 150 min kişi sorğuda iştirak etməyə məcburi şəkildə cəlb olunub. Sorğunu nəzərə almayan şəxslərə qarşı inzibati məhdudiyyətlərin tətbiqi məsələsi də nəzərdən keçirilib.

Bununla yanaşı, qəzet qeyd edir ki, sorğuda iştirak edənlərin yalnız 20 faizi hərbi xidmətə maraq göstərib.

Qalan şəxslər müxtəlif səbəblərdən ya xidmət keçmək imkanına malik olmayıb, ya da sonrakı mərhələlərdə keçirilən tibbi müayinələrdən və müsahibələrdən keçə bilməyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniyada   Çağırış   Ordu  


Bizi "telegram"da izləyin