Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfrans (URC) çərçivəsində Britaniyanın xarici işlər naziri İvett Kuper, "UK Export Finance" agentliyi və "Urenco" şirkətinin nümayəndələri ilə görüşünün yekunlarına əsasən bildirib.
"Bunlar gələcəkdə də Ukraynanın atom enerjisinin etibarlı işini təmin etməyə imkan verəcək mühüm sazişlərdir. Məhz o, Ukraynanın enerji sisteminin sabit və proqnozlaşdırıla bilən fəaliyyətinin əsasıdır", - D.Şmıqal qeyd edib.
O, həmçinin əməkdaşlığa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə verdikləri dəstəyə görə britaniyalı tərəfdaşlara minnətdarlığını bildirib.
Ordu.az