Ermənistanda keçirilən “Eagle Partner-2026” təliminin bağlanış mərasimi keçirilib

2026/06/1782395222.jpg
Oxunub: 224     17:44     25 İyun 2026    
Bu gün “Zar” təlim mərkəzində “Eagle Partner-2026” hərbi təliminin təntənəli bağlanış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bağlanış mərasimi çərçivəsində şəxsi heyətin mükafatlandırılması mərasimi də təşkil olunub.

Ermənsitan KİV-ləri qeyd edir ki, iyunun 17-dən 25-dək Ermənistanda keçirilən “Eagle Partner-2026” təliminin məqsədi beynəlxalq sülhməramlı missiyalar zamanı iştirakçı bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, birgə əməliyyatların təşkilinin təkmilləşdirilməsi və tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin