Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı azı 188 nəfərə çatıb

2026/06/1782412103.jpg
Oxunub: 199     22:26     25 İyun 2026    
Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı artaraq azı 188 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, daha 1520 nəfər yaralanıb, 200 nəfər isə hələ də dağıntılar altında qalır.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib ki, təbii fəlakət nəticəsində azı 2927 ailə evsiz qalıb.

Xatırladaq ki, Venesuelada zəlzələ 2026-cı il iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.

Ölkənin vitse-prezidenti Delsi Rodriqes daha əvvəl bildirmişdi ki, azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb, onlarla bina dağılıb.

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib, La-Quayra sahilyanı ştatı isə fəlakət zonası elan olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin