Ermənistan Baş Prokurorluğu tərəfindən erməni oliqarx Qaqik Tsarukyan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdimat göndərilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, təqdimat Qaqik Tsarukyanın deputat toxunulmazlığının aradan qaldırılması məqsədilə edilib.
Lakin prokurorluq söhbətin hansı cinayət işi və ya icraat çərçivəsində aparıldığını açıqlamayıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Tsarukyan