Avropa Komissiyası 2027-ci ilin sonunadək Ukraynaya 90 milyard avro köçürmək niyyətindədir

2026/06/1780994062.jpg
Oxunub: 204     16:10     25 İyun 2026    
Avropa Komissiyası (AK) 2027-ci ilin sonunadək Ukraynaya 90 milyard avro həcmində maliyyə yardımı köçürməyi planlaşdırır və ödənişlərin 2028-ci ilə təxirə salınması üçün səbəb görmür.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə AK-nin nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə Ukraynaya dəstək üzrə yeni mexanizm çərçivəsində 3,2 milyard avro məbləğində ilk tranşın ayrılması barədə elanı şərh edərkən bildirib.

"Proqramın gözləniləndən daha gec başlamasına baxmayaraq, mövcud maliyyələşdirmə qrafiki dəyişməz qalır", - o bildirib.

Uyvari qeyd edib ki, AK əvvəlcə ödənişlərə cari ilin ikinci rübündə başlamağı qarşısına məqsəd qoymuşdu.

"Bu gün biz hələ də ikinci rübdəyik, ona görə də bu mənada qrafikə uyğun hərəkət edirik. Plan 2026-cı ildə 45 milyard avro və növbəti ildə daha 45 milyard avro təqdim etməkdən ibarətdir", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin