Rubio: "Fars körfəzi ölkələri Hörmüzdən keçidə görə rüsum tətbiqini dəstəkləmir"

2026/06/1780903375.jpg
Oxunub: 179     15:57     25 İyun 2026    
Fars körfəzi ölkələri gəmilərin Hörmüz boğazından keçməsinə görə hər hansı bir rüsum və ya yığımların tətbiq edilməsini dəstəkləmir.

Ordu.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manamada Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

"Fars körfəzi ölkələri bu cür rüsum və ya yığımları qətiyyən dəstəkləmir", - Rubio vurğulayıb.

O, həmçinin deyib ki, Körfəz Əməkdaşlıq Şurası dövlətləri ilə təmasları zamanı İranın bərpası fondunun yaradılması məsələsi müzakirə olunmayıb.

ABŞ-nin dövlət katibi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşü "çox məhsuldar" adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin