Qırğızıstan və Tacikistan vətəndaşları Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan birinciliklə məzun olublar.
Ordu.az xəbər verir ki, bunlar tacikistanlı kursant Anvarcon Əzizullayeviç Qafurov və qırğızıstanlı kursant Emir Bakıtbekoviç Esenaliyevdir.
Kursantlar çıxış edərək Azərbaycanda hərbi təhsil aldıqları üçün fəxr etdiklərini və ölkələr arasında dostluq əlaqələrini daimi olması üçün çalışacaqlarını bildiriblər.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qırğızıstan
Tacikistan
Azərbaycan