Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, təkcə son aylar ərzində bir neçə iş üzrə, o cümlədən David Minasyan və Artur Osipyanla bağlı məsələlərdə İnsan Hüquqları Müdafiəçisi dövlətə həbs qətimkan tədbirinin alternativ tədbirlərlə əvəz olunması imkanının nəzərdən keçirilməsini təklif edib.
Qeyd olunub ki, dövlət faktiki olaraq erməni ombudsmanın bu tövsiyələrini yerinə yetirib və ombudsman təsisatı bunu mühüm hesab edir. Bununla yanaşı, dövlət tərəfindən Ombudsmanın tövsiyələrinin icra göstəricilərinin artdığı da vurğulanıb.
“Bununla yanaşı, İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan bir daha vurğulayır ki, Ermənistanda həbs qətimkan tədbirinin tətbiqi təcrübəsi sistemli baxımdan problemli olaraq qalır. Bu sahədə sistemli islahatların həyata keçirilməsi vacib və prioritet məsələdir”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az