Finlandiya Ukraynaya silah alışı üçün 40 milyon avro ayıracaq

2025/03/7d9d0-1742360665.jpg
Oxunub: 214     14:27     25 İyun 2026    
Finlandiya PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsü çərçivəsində Ukraynaya ABŞ-dən silah alınması üçün əlavə 40 milyon avro ayıracaq.

Ordu.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Qdanskda Ukraynanın Bərpası Konfransının (URC 2026) açılışında deyib.

"Bu gün qürurla elan edirəm ki, hökumətim PURL təşəbbüsünə əlavə 40 milyon avro ayırmaq qərarına gəlib", – o bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Finlandiya artıq Ukraynaya 33 maddi yardım paketi verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin