Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.
"Hökumətin tərkibində: baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmürəm. Düşünürəm ki, icra hakimiyyətinin digər səviyyələrində bəzi dəyişikliklər baş verəcək", - N.Paşinyan bildirib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin səslərinin 49,83 %-ni alıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.
Ordu.az