“Rádio Caracol”: Venesuelada zəlzələnin vurduğu zərər çox böyükdür

2026/06/1782368553.jpg
Oxunub: 200     10:22     25 İyun 2026    
Venesuela paytaxtının sakinləri zəlzələ başlayan kimi evlərini tərk edərək küçələrə çıxıblar.

Ordu.az xəbər verir ki, bu barədə hadisə yerindən Kolumbiyanın “Rádio Caracol” radiostansiyasının müxbiri Qabriela Qonsales məlumat yayıb.

“Mənzilimin qapısı açılmırdı. Çölə çıxa bilmək üçün onu təpiklə sındırmağa məcbur oldum, çünki yeraltı təkanlar nəticəsində əyilmişdi. İnsanlar əvvəlcə nə baş verdiyini anlamırdılar. Lakin çoxu bunun zəlzələ olduğunu başa düşən kimi dərhal küçəyə qaçdı”, - deyə jurnalist canlı yayımda bildirib.

Qonsales əlavə edib ki, Venesuela hakimiyyəti hələlik həlak olanların sayı və maddi ziyanın həcmi barədə dəqiq məlumat açıqlamayıb.

“Lakin paytaxt bölgəsində dağıntıların miqyası olduqca böyükdür”, - deyə o vurğulayıb.

Məlumata görə, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy ştatında yerləşib və bir-birindən cəmi 10 kilometr məsafədə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin