Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkilinə dair seminar keçirilib - FOTO

2026/06/281d2-3564630910.jpg
Oxunub: 464     19:28     24 İyun 2026    
Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunda qoşun xidmətinin təşkilinə dair seminar keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Seminarda 2025-2026-cı illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki birlik və birləşmələrində qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub.

Bununla yanaşı, rəhbəredici sənədlərin tələblərinə əməl olunması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də hərbiləşdirilmiş mühafizə işinin təşkili və digər mövzular üzrə məruzələr dinlənilib, müvafiq tövsiyələr verilib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi intizamın daha da yüksəldilməsi ilə bağlı tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Polis-İdarəsi   Seminar  


Bizi "telegram"da izləyin