Qalibaf: "İslam ölkələri yeni bir nizam qurmalıdır"

2026/04/1775835779.jpg
Oxunub: 176     19:15     24 İyun 2026    
Qərbi Asiya və İslam ölkələri öz imkan, resurs və xalqına arxalanan yeni bir nizam qurmalıdır.

Ordu.az xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda türkiyəli həmkarı Numan Kurtulmuşla görüşdə deyib.

İran mediasında yayılıan məlumata görə, artıq Tehrana qayıdan Qalibaf İslam Respublikasına qarşı aparılan 40 günlük müharibədən sonra ABŞ-nin gücünün azaldığını və Yaxın Şərqdə gərginliyi İsrailin yaratdığını bildirib.

N. Kurtulmuş vurğulayıb ki, İrana qarşı müharibənin heç bir beynəlxalq legitimliyi yox idi: "Biz İran hökumətinin və xalqının yanındayıq, Türkiyəni kədərinizə şərik hesab edin".

Xatırladaq ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib. Qalibaf və Kurtulmuşun görüşü də sessiya çərçivəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin