Kir Starmer baş nazir postundan ayrıldıqdan sonra parlamentdə qalacaq

2026/05/1778594182.jpg
Oxunub: 301     19:34     24 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən ayrıldıqdan sonra da parlament üzvü olaraq fəaliyyətini davam etdirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” Starmerin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Daha əvvəl siyasi dairələrdə Starmerin baş nazir postundan getdikdən sonra deputat mandatından da imtina edə biləcəyi ilə bağlı ehtimallar səsləndirilirdi. Bu yanaşma keçmiş bəzi Britaniya hökumət başçılarının təcrübəsinə əsaslanırdı.

Lakin Starmerin ofisi bu iddiaları təkzib edib və onun İcmalar Palatasındakı fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

“Baş nazir parlament üzvü olaraq qalacaq”, - deyə mətbuat katibi bildirib.

Nümayəndənin sözlərinə görə, hökumətin iclaslarından birində Starmer nazirlərə müraciətlə “Bu, mənim yolumun sonudur, amma sizin yox” ifadəsini işlədib.

Məlumatda qeyd olunur ki, Starmer Leyboristlər Partiyasının növbəti hökumətinin uğurlu fəaliyyət göstərməsində və siyasi varisliyin qorunub saxlanılmasında maraqlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya  


Bizi "telegram"da izləyin