“Bloomberg”: Qriqoryanın Ukrayna ilə bağlı konfransda iştirakı İrəvanın Rusiya təsirindən uzaqlaşmasının əlaməti kimi qiymətləndirilir

2026/06/1782303009.jpg
Oxunub: 225     16:09     24 İyun 2026    
“Bloomberg” agentliyi Ermənistanın son xarici siyasət addımları ilə bağlı məqalə dərc edib.

Ordu.az xəbər verir ki, məqalədə İrəvanın tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdığı və Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirdiyi qeyd olunub.

Nəşrin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 24-25-də Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Qeyd edilir ki, Qriqoryanın Ukrayna ilə bağlı konfransda iştirakı İrəvanın Rusiya təsirindən uzaqlaşmasının əlaməti kimi qiymətləndirilir.

“Tədbir Polşa və Ukrayna tərəfindən təşkil olunur və burada təxminən 100 ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Erməni rəsminin səfəri Avropa İttifaqının Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin təsirlərini azaltmaq üçün Ermənistana dəstək göstərdiyi bir dövrə təsadüf edir”, - deyə “Bloomberg” yazır.

Məqalədə qeyd olunur ki, son dövrlərdə Rusiya bir sıra erməni məhsullarına məhdudiyyətlər tətbiq edib və İrəvanda bu addımlar siyasi motivli qərarlar kimi qiymətləndirilib.

Nəşr həmçinin Ermənistanın daxili siyasi və iqtisadi proseslərinə toxunaraq bildirib ki, ölkə xarici siyasətdə balans yaratmağa çalışır və eyni zamanda Qərblə əməkdaşlığını genişləndirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan   Ukrayna  


Bizi "telegram"da izləyin