Ermənistanın “Hayakve” birliyinin koordinatoru, erməni ictimai-siyasi xadim Avetik Çalabyan səhər saatlarında saxlanılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayakve” birliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Avetik Çalabyan səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılmanın səbəbləri və hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Çalabyan