Rütte: “NATO sammitində alyans üzvləri ilə yanaşı daha 10 ölkə iştirak edəcək”

2026/05/1779340255.jpg
Oxunub: 269     10:06     24 İyun 2026    
NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyansın qarşıdakı sammitində təşkilatın 32 üzvü ilə yanaşı daha 10 ölkə də iştirak edəcək.

Ordu.az xəbər verir ki, Rütte bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ankara şəhərində keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi 42 ölkədən ibarət koalisiya təmsil olunacaq.

“Ankaraya çatdıqda bizə daha 10 ölkə qoşulacaq. Bu, Donald Trampın rəhbərlik etdiyi 42 ölkədən ibarət koalisiyadır. Onlar birlikdə hərəkət edən Çin, Şimali Koreya, İran və Rusiyadan ibarət dörd ölkəyə qarşı dayanırlar”, - deyə Rütte bildirib.

Qeyd edək ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rütte  


Bizi "telegram"da izləyin