“Al Hadath”: İsrail və Livan arasında əsas fikir ayrılığı qoşunların çıxarılması məsələsi ilə bağlıdır

2026/05/1780211827.jpg
Oxunub: 211     10:04     24 İyun 2026    
Vaşinqtonda aparılan danışıqlarda İsrail və Livan nümayəndələri arasında əsas fikir ayrılığı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması mexanizmi ilə bağlı yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Danışıqlara yaxın mənbənin sözlərinə görə, Livan-İsrail dialoqunda ən mübahisəli məsələ İsrail qoşunlarının çıxarılması təşəbbüsü və bunun ilk mərhələdə necə həyata keçiriləcəyidir.

Mənbə bildirib ki, İsrail tərəfi “addım-addım” prinsipinə sadiq qalır və eyni zamanda Livan ordusundan yerində real fəaliyyət, eləcə də “Hizbullah”ın infrastrukturunu məhv edə biləcəyinə dair sübutlar tələb edir.

Qeyd olunur ki, Livan nümayəndələri isə Vaşinqtondakı danışıqlarda ilk növbədə İsrail qüvvələrinin ölkənin cənub bölgələrindən çıxarılmasında israr edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin