Meloni Trampla mübahisədən sonra ABŞ ilə münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib

2026/06/1782221537.jpg
Oxunub: 210     08:21     24 İyun 2026    
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Meloni açıqlamasında ötən həftə ABŞ Prezidenti Donald Trampla arasında baş vermiş ictimai mübahisədən sonra münasibətlərin qaydaya salınmasının zəruri olduğunu vurğulayıb.

“Mən bu mübahisəni daha da alovlandırmaq niyyətində deyiləm”, - deyə Meloni Romada keçirilən tədbirdə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Meloni cümə günü keçmiş yaxın müttəfiqi Trampı onun haqqında uydurma məlumat yaymaqda ittiham etmişdi. Buna səbəb ABŞ Prezidentinin İtaliya telekanallarından birinə verdiyi müsahibədə Meloninin Fransada keçirilən son G7 sammitində onunla şəkil çəkdirmək üçün “yalvardığını” söyləməsi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   ABŞ  


Bizi "telegram"da izləyin