Almaniya "F126" freqatları ilə bağlı layihəni dayandıra bilər

2026/01/1769184529.jpg
Oxunub: 254     06:52     24 İyun 2026    
Almaniya milyardlarla dollarlıq "F126" freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır.

Bu barədə Ordu.az "Financial Times" qəzetinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Almaniyanın müdafiə naziri Boris Pistoriuskə birgə hökumət rəsmiləri sənaye nümayəndələrini və parlamenti bu tip altı freqatın inşasını nəzərdə tutan proqramın yenidən nəzərdən keçirilməsi planları barədə məlumatlandırıblar.

Belə ki, "F126" layihəsinin əvəzinə Berlin rəqib gəmi istehsalçısı TKMS-dən daha səkkiz kompakt "MEKO A-200" freqatı ala bilər.

Almaniya Müdafiə Nazirliyi və "Rheinmetall" hələlik məlumatla bağlı şərh verməyib.

Məlumata əsasən, "Rheinmetall" freqatların tikintisini təxminən 13 milyard avroya başa çatdırmağı təklif edib. 2020-ci ildə başladılan layihəyə indiyədək 2 milyard avrodan çox vəsait xərclənib.

Qeyd etmək lazımdır ki, "F126" freqatları həm suyun üstündəki, həm də altındakı hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   F126   Freqat  


Bizi "telegram"da izləyin