Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmiləri İsveçrədə əldə olunmuş razılaşmaların icrasını izlədiklərini, o cümlədən Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi və qorunmasına dair planların monitorinq olunduğunu Livan prezidentinin diqqətinə çatdırıblar.
Vaşinqtonda Livan və İsrail arasında danışıqların yeni mərhələsinin başlaması fonunda yayımlanan açıqlamada qeyd olunub ki, atəşkəs rejiminin gücləndirilməsi və onun icrasına nəzarət mexanizminin yaradılması məsələləri hələ də müzakirə olunur.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonda Livan və İsrail arasında növbəti danışıqlar mərhələsi başlayıb.
Danışıqlar fonunda Livan Prezidenti Cozef Aun İsrailin işğalına son qoyulmasını tələb edib.
Sevinc Əliyeva
Ordu.az