Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.
Məlumata görə, yaralanan erməni hərbçi Sovetaşen hərbi hissəsində xidmət edir. Həmin hərbi hissənin komandiri Poğos Petrosyandır.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək bildirib ki, erməni hərbçi əməliyyat olunub.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, yaralı erməni hərbçi həkimlərin nəzarəti altındadır və onun həyatı üçün təhlükə yoxdur.
Alpər Mövludoğlu
Ordu.az