Siyahı başqa, oturduqları kreslo başqa: “Hayastan”a qaçan erməni siyasətçilərin bitməyən mandat eşqi

2026/04/1775489688.jpg
Oxunub: 321     08:14     24 İyun 2026    
“İrəvan Şəhər Şurasının “Ana Ermənistan” fraksiyasının üzvləri Arşak Sarkisyan, Mesrop Manukyan və Armenak Danielyan 2026-cı il parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyası ilə yaradılmış “Ermənistana Təklif” təşəbbüsü çərçivəsində deyil, “Hayastan” blokunun siyahısı ilə iştirak etsələr də, fraksiyanın tərkibində qalmaqda davam edirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr xatırladıb ki, “Ana Ermənistan” fraksiyasının rəhbəri Manuk Sukiasyan mayın 7-də sosial şəbəkə hesabında belə yazmışdı:

“Hörmətli həmvətənlər,

“Ana Ermənistan” parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyası ilə birlikdə “Ermənistana Təklif” proqramı əsasında iştirak edir.

“Ana Ermənistan” bloku ilə mandat əldə etmiş və eyniadlı fraksiyanın üzvü olmuş, lakin parlament seçkilərində başqa formatda, başqa siyasi qüvvənin siyahısı və ya sıralarında iştirak edən şura üzvləri “Ana Ermənistan”ı təmsil etmirlər və artıq bizimlə heç bir əlaqələri yoxdur”.

Nəşr qeyd edib ki, Arşak Sarkisyan, Mesrop Manukyan, Armenak Danielyan və Samvel Akopyan “Ana Ermənistan” siyasi qüvvəsinin nümayəndələri olsalar da, parlament seçkilərində “Hayastan” blokunun tərkibində iştirak ediblər.

“Məhz onlardan yalnız Samvel Akopyan Şəhər Şurasındakı mandatından imtina edib və fraksiyanı tərk edib. Digər üç nəfər isə İrəvan Şəhər Şurasının “Ana Ermənistan” fraksiyasında fəaliyyətlərini davam etdirirlər”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunub ki, ArmLur.am məsələ ilə bağlı Manuk Sukiasyana müraciət edib.

“Nəşrimizin əldə etdiyi məlumatları Sukiasyan təkzib etsə də, əlavə izahat verməyib”, - deyə materialda bildirilib.

“ArmLur.am”ın Arşak Sarkisyanla da danışdığı vurğulanıb.

“O, şərh verməkdən imtina edib və yalnız bu məsələ ilə bağlı açıqlamanın Manuk Sukiasyan tərəfindən verildiyini bildirib”, - deyə nəşr qeyd edib.

Məqalədə deyilir ki, fraksiya üzvlərinin bu qərar barədə əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmaması ilə bağlı suala da Arşak Sarkisyan cavab verməkdən çəkinib.

“O, bütün sualların fraksiya rəhbərinə ünvanlanmasını tövsiyə edib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan   Sukiasyan  


Bizi "telegram"da izləyin