Rubio: "İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş ala bilməyəcək"

2026/06/1780424270.jpg
Oxunub: 181     21:24     23 İyun 2026    
İran ABŞ ilə sövdələşmə çərçivəsində gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş ala bilməyəcək.

Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabiyə çatdıqdan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu cür şərtlər beynəlxalq hüquq normalarına zidd olardı.

Daha əvvəl Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, o cümlədən bu strateji əhəmiyyətli marşrutda dəniz xidmətləri və onlarla bağlı xərclər məsələsi üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Maskatda keçirilən danışıqlardan sonra dərc olunan birgə bəyanatda hər iki ölkə müzakirələri davam etdirmək üçün iki ölkənin XİN-lərinin iştirakı ilə birgə işçi qrupunun yaradılacağını bildirib. Həmçinin qeyd olunub ki, Oman və İran bu məsələ ilə bağlı digər sahilyanı dövlətlər və maraqlı tərəflərlə məsləhətləşmələr aparacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İran  


Bizi "telegram"da izləyin